Baş nazirin “kreslo” zarafatı - “Hərraca çıxaracam”

bas-nazirin-kreslo-zarafati
Oxunma sayı: 1824

Türkiyənin baş naziri Binali Yıldırım İzmirdə qızı Bahar Yıldırımın adına tikilmiş məktəbdə səs verib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir seçki prosesini belə dəyərləndirib:

"Səsimizi verdik. Vətəndaşlıq borcumuzu yerinə yetirdik. Yeni sistemlə Türkiyə yeni hədəflərə çatacaq və təhlükəsizlik şəraitində irəliləməyə davam edəcək. Seçkilər tamamilə demokratik şəraitdə keçirilir". 

Yıldırım jurnalistin "vəzifənizdən gedəcəksiniz" sözlərinə zarafatla "kreslo əlimizdə qalıb, hərraca çıxaracağıq" cavabını verib.