Baş nazirin sabiq müavini öldürüldü

bas-nazirin-sabiq-muavini-olduruldu
Oxunma sayı: 632

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, Əfqanıstan prezidentinin müşaviri, hökumətin sabiq Baş naziri Arsal Rəhmani naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Xəbərlərdə Rəhmaninin aldığı güllə yaralarından xəstəxanada keçindiyi bildirilib. “Frans-Press” informasiya agentliyinin məlumatlı mənbəyə istinadən bildirdiyinə görə isə sabiq Baş nazirə bir dəfə atəş açılıb.

Məlumat üçün bildirək ki, 1992-ci ildə bir neçə ay ərzində hökumətə rəhbərlik edən Rəhmani Baş nazir vəzifəsini icra edənədək səhra komandiri kimi SSRİ işğalına qarşı müqavimət hərəkatında iştirak etmişdi. Rəhmani 1996-2001-ci illərdə Taliban hakimiyyəti dövründə ölkənin təhsil naziri kimi fəaliyyət göstərmişdi.