Baş nazirin xanımına “dadlı” dedi, gülünc vəziyyətə düşdü

bas-nazirin-xanimina-dadli-dedi-gulunc-veziyyete-dusdu
Oxunma sayı: 3326

Fransa prezidenti Emmanuel Makron Sidney səfəri zamanı çıxılmaz vəziyyətə düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Makron Avstraliyanın baş naziri Malkolm Ternbulla görüşü zamanı fransız ləhcəsi ilə ingiliscə danışmağa çalışıb. Ancaq baş nazirin xanımı Lüsi Ternbula xoş sözlər demək istəyən prezident gülməli vəziyyətə düşüb. O, Lüsi Ternbulu “dadlı” adlandırıb: “Qonaqpərvərliyinizə görə sizə təşəkkür ediəm. Həmçinin, sizin dadlı xanımınıza minnətdaram”. 

Fransa prezidentinin sitatı qısa müddətdə bütün KİV-də yayılıb. Sosial şəbəkə istifadəçiləri isə eyni zamanda “füsunkar” mənasını bildirən “delicieux” fransız sözünün yanlış tərcümə edildiyini bildiriblər. 

Qeyd edək ki, Makron Avstraliyada üç günlük rəsmi səfərdədir. 

Nuranə