Baş nazirin zarafatı hər kəsi çaşdırdı - Video

bas-nazirin-zarafati-her-kesi-casdirdi
Oxunma sayı: 4787

Kanadanın baş naziri Castin Trüdo NATO zirvəsində etdiyi zarafatıyla gündəmdədir.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, zirvənin ev sahibliyini edən Belçikanın baş naziri Şarl Mişel xanımı ilə kanadalı naziri qarşılama mərasimində gözləmədiyi mənzərə ilə üzləşib.

Trüdo salamlaşmaq üçün ona əl uzadan baş nazirin yanından keçərək ilk olaraq birinci xanımla görüşüb və ona sarılıb. Şarl Mişel bunu gülərüzlülüklə qarşılasa da, Kanadada Castinin davranışı birmənalı qəbul edilməyib.

Sosial şəbəkələrdə Trüdo haqqında "Kanadanı beynəlxalq aləmdə biabır edən insan" sözləri yazılıb.

Onun bu davranışını Belçika baş nazirinə hörmətsizlik kimi qəbul ediblər.