Baş nazirlə müavinləri büdcədən 1 milyon dollar mənimsəyib

bas-nazirle-muavinleri-budceden-1-milyon-dollar-menimseyib
Oxunma sayı: 1857

Rusiya İstintaq Komitəsi ötən gün saxlanılan Dağıstanın baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əbdusamad Həmidov, onun iki müavini də olmaqla dörd yüksək vəzifəli şəxsə ittiham irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, eks-məmurlar külli miqdarda dələduzluq törətməkdə ittiham olunurlar. Həmidov bu maddə üzrə iki cinayətdə şübhəli bilinir.

Büdcə vəsaitlərini mənimsəyən məmurların dövlətə vurduqları ziyan 95 milyon rubldan (təxminən 1 milyon 700 min dollar) çoxdur.