Baş nazirlə xanımı İsraildə qalmaqal yaratdı

bas-nazirle-xanimi-israilde-qalmaqal-yaratdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirlə xanımı dövlət büdcəsinin hesabına öz ailə xərclərini ödəyiblər ki, bu rəqəm də üç il ərzində 80 faiz artıb.

“The Guardian” qəzetinin məlumatında bildirilir ki, cütlüyün 2012-ci ildəki xərcləri 1 milyon 500 min olub. 2009-cu ildə isə, bu rəqəm 900 min dolları keçməyib.

Qeyd edək ki, Netanyahu ilə xanımının israfçılığı haqda məlumat mətbuata onun Marqaret Tetçerin dəfnində iştirak etmək üçün Londona uçacağı təyyarədə quraşdırılmış çarpayıya ödədiyi 127 min dollar xəbərindən sonra sızıb.

Üzə çıxarılmış xərclərin böyük əksəriyyəti Netanyahunun Yerusəlimdəki rəsmi igamətgahına sərf olunub. 87 min dollar isə baş nazirin Sezariya dənizkənarı kurortunda yerləşən villasının təmirinə xərclənib.

İsrail liderinin ofisindən verilən açıqlamada isə iddia olunur ki, bu pullar rəsmi tədbir və görüşlərə xərclənib.