Baş nazirlər Bakı-Sofiya aviareysinin açılışında

bas-nazirler-baki-sofiya-aviareysinin-acilisinda
Oxunma sayı: 1854

Oktyabrın 16-da Azərbaycanın paytaxtı Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk ölkə olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətləri kimi 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.