Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

bas-polis-idaresinin-emekdasi-ozunu-asdi
Oxunma sayı: 10766

Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı özünü asıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyunun 18-i Abşeron rayonu, Masazır qəsəbəsində baş verib. 

Kirayə evdə yaşayan və Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin əməkdaşı olan serjant Rəşid Hətəmov yaşadığı evdə özünü asaraq intihar edib.