Baş prokuror istefa verdi

bas-prokuror-istefa-verdi
Oxunma sayı: 2497



“Qafqazinfo”  Trend-ə istinadən xəbər verir ki, Baş prokurorun bəyanatında deyilir: "Cəmiyyətdə mənim tərcümeyi-halımla əlaqədar yaranan söz-söhbətlə bağlı deyə bilərəm ki, cəmiyyətin fikrinə hörmət etməyi, nəzərə almağı və vəzifəmdən getməyi özümə borc bilirəm".

O.Partsxaladze onu da qeyd edib ki, vəzifəsini tərk etməsi cinayət olmasa da, arzu edir ki, şübhələr hazırda Baş Prokurorluq tərəfindən aparılan təhqiqatla alt-üst olacaq.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu vəzifədə fəaliyyətə başladığı ilk gün - noyabrın 21-də O.Partsxaladzenin Baş prokuror təyin edilməsi haqqında əmr imzalamışdı. Buna qədər isə O.Partsxaladze Gürcüstan Maliyyə Nazirliyinin İstntaq xidmətinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Baş prokuror Almaniya Cinayət Məcəlləsinin 249 (oğurluq) və 252-ci (soyğunçuluq) maddələri ilə ittiham edilməsi və ona 1 il 1 ay müddətinə şərti cəza verilməsi ilə bağlı yaranmış qalmaqal səbəbindən istefa verib.