“Baş prokuror Milli Məclisdə hesabat versin”

bas-prokuror-milli-meclisde-hesabat-versin
Oxunma sayı: 2694

“Baş prokuror və ya müavinlərindən biri Milli Məclisdə hesabat versin”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib. O qeyd edib ki, həmin şəxslər istintaq olunan cinayət işləri barədə məlumat versələr yaxşı olar: “Daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisdə ildə bir dəfə çıxış edir. Bunun prokurorluq orqanlarına şamil edilməsi də yaxşı olar. Milli Məclis kollegial qurumdur. İldə bir dəfə bu hesabatlar verilməlidir”.

Deputat Çingiz Qənizadə də bildirib ki, parlamentin hökumətin tərkibində olmayan qurumlara nəzarət etməsi düzgün olmaz: “Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Baş Prokurorluq birbaşa Konstitusiya ilə prezidentə tabedir. Bizim onlara nəzarət etmək  hüququmuz yoxdur. Biz birbaşa hökumətə daxil olan nazirliklərə nəzarət edirik. Ona görə də bu qurumlara Milli Məclisin nəzarət etməsi təklifi qəbuledilməzdir”.

Günel Türksoy