Baş prokuror vətəndaşlarla görüşəcək

bas-prokuror-vetendaslarla-gorusecek
Oxunma sayı: 4141

Baş prokuror Zakir Qaralov avqustun 17-də saat 10:00-da vətəndaşlarla görüşəcək.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Z.Qaralov Saatlı rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.