Baş Prokurorluğun nümayəndə heyəti konfransda

bas-prokurorlugun-numayende-heyeti-konfransda
Oxunma sayı: 641

Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransı Rusiyanın Baş prokuroru Yuri Çayka açaraq korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, mövcud problemlər və onların aradan qaldırılması imkanları barədə geniş məlumat vermiş və bu sahədə MDB iştirakçı dövlətlərinin prokurorluqları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Belorusiyanın və Tacikistanın Baş prokurorları, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək prokurorluq orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində aparıcı rolunu qeyd etməklə milli təcrübənin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi məsələlərinə diqqət yetirib.

Konfransda “Korrupsiyaya qarşı mübarizə: Azərbaycan modeli” mövzusunda çıxış edən K.Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Konfransda Azərbaycan nümayəndə heyətinin təklifləri nəzərə alınmaqla yekun sənəd - “Tövsiyələr” qəbul edilib.

Konfransın gedişində Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstan nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun Rusiya Federasiyası Baş Prokurorluğunun Akademiyasının rəhbərliyi ilə apardığı işçi görüşlərdə ikitərəfli əməkdaşlığın yeni formaları və perspektivləri müzakirə edilib.

Tədbir iştirakçılarına Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar paylanıb.