Baş Prokurorluq biznesmen qızının cəzasına qarışdı - Bacısına 22 bıçaq...

bas-prokurorluq-biznesmen-qizinin-cezasina-qarisdi
Oxunma sayı: 9534

Bacısının başını kəsərək öldürən qızla bağlı məhkəmə qərarından Baş Prokurorluq narazı qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2014-cü ilin oktyabrında  1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva bacısı, 1993-cü il təvəllüdlü Güneli 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 

Onun ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib. 

Prokurorluq bu qərardan apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə noyabrın 14-də baxılacaq. 

Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.

Murad Əhməd