Baş Prokurorluq dələduz direktorla bağlı məlumat yaydı

bas-prokurorluq-deleduz-direktorla-bagli-melumat-yaydi
Oxunma sayı: 661

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, , Q.Süleymanov tanışı R.Xəlilovla əlbir olaraq cəmiyyətin Bakı şəhərində inşa etdiyi yaşayış binasından mənzil almaq istəyən Q.Verdiyevin etibarından sui-istifadə edərək sahəsi 217 kvadratmetr olan 4 otaqlı mənzil üçün 325 min 500 manata satılması barədə saxta müqavilə bağlayıb pulun qəbul edilməsi barədə saxta maliyyə arayışı yazıb təqdim etməklə sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.