Baş Prokurorluqda Heydər Əliyev anılıb

bas-prokurorluqda-heyder-eliyev-anilib
Oxunma sayı: 636

Mərasimdə Baş prokuror Zakir Qaralov çıxış da çıxış edib: “Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində Ulu Öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olub”.

Məırasimdə o da diqqətə çatdırılıbki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşmasına görə, ilk növbədə, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə borcludur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.

Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilib ki, Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

Mərasimin sonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş «Vətənə, xalqa həsr edilən ömür» adlı film nümayiş etdirilib.