Baş qəhrəmanlar serialdan gedir

bas-qehremanlar-serialdan-gedir
Oxunma sayı: 2124

“Fox TV”də yayımlanan “Yasak Elma”nın baş qəhrəmanları serialdan uzaqlaşır. “Qafqazinfo” xəbər verir ki, reytinqli layihənin Zeynebi Sevda Erginci və Alihanı Onur Tuna gələn həftə efirlə vidalaşır. 

Buna səbəb iki ulduzun ssenariyə uyğun olaraq həyat hekayəsinin bitməsidir. Onlar 46-cı bölümdə sonuncu dəfə tamaşaçı qarşısına çıxacaqlar. 

Bu məqamda bildirək ki, vidalaşan qəhrəmanların yerinə Nəsrin Cavadzadə və Ege Kökenli seriala daxil edilib.