Baş qəhrəmansız qala gecəsi - Fotolar

bas-qehremansiz-qala-gecesi
Oxunma sayı: 3036

Ötən gün “Cinema Plus”da “Təhmin və Zaur” filminin premyerası olub. “Qafqazinfo” xəbər verir ki, fantastika janrında olan filmin qalasına filmin qəhrəmanları ilə yanaşı incəsənət dünyasının tanınmış simaları qatılıb. 

Kinonun əsas simalarından olan Kəmalə Piriyeva qalaya qatılmayıb.  Ekran işində Təhmin obrazını canlandıran Elcan Rəsulov bunun səbəbini açıqlayıb.  O, Piriyevanın xaricdə olduğunu, bilet alışında problemlər yarandığı üçün təqdimata gələ bilmədiyini söyləyib.

Bundan əlavə, kinonun digər qəhrəmanı isə Zaur obrazını canlandıran Fərda Amindir. Aktyor mətbuat nümayəndələrinə açıqlamasında “Təhmin və Zaur”un uğur qazanacağına inandığını söyləyib. 

Filmin ideya müəllifi və rejissoru Zaur Mirzəzadədir. 

Fotolar: Nuran Məmmədov