Baş Qərargah rəisi ölkəyə buraxılmadı - ABŞ üzr istədi

bas-qerargah-reisi-olkeye-buraxilmadi
Oxunma sayı: 2363

Bu gün ABŞ-da Baş Qərargah rəislərinin toplantısını diplomatik gərginlik yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın Baş Qərargah rəisi Qatot Nurmantyo konfransa dəvətli olsa da, onu sərhəddən ölkəyə buraxmayıblar.

Hadisədən sonra İndoneziya Xarici İşlər Nazirliyi açıqlama yayaraq ABŞ-dan izahat tələb ediblər. ABŞ-ın bu ölkədəki missiya rəhbərinin köməkçisi Erin Makki İndoneziya XİN rəhbəri Retno Marsudi ilə görüşüb və baş verən hadisəyə görə üzr istəyib:

“Bu hadisənin səbəb olduğu narahatllığa görə üzr istəyirik. Nurmantyonun ABŞ-a səfər etməsi ilə bağlı heç bir problem mövcud deyil. Hazırda səfirliyimiz orada nə baş verdiyini aydınlaşdırmaq üçün çalışır”.