Baş redaktora qarşı tapança - İttihamı

bas-redaktora-qarsi-tapanca-ittihami
Oxunma sayı: 639

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, martın 14-də Yasamal rayonu ərazisində "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetiriblər.

Eyni zamanda, Emil Zeynalov Yasamal RPİ 27-ci PB-yə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələməsini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nəhiyəsindən xəsarət yetirməsini bildirib.