Baş redaktoru tutdular

bas-redaktoru-tutdular
Oxunma sayı: 669

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saxlanılan şəxs "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədovdur.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov 1000 manat rüşvət alarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.