“Başa düşülmür ki, hansı əməllərdən söhbət gedir”

basa-dusulmur-ki-hansi-emellerden-sohbet-gedir
Oxunma sayı: 641

Elnur Məcidlinin vəkili Xalid Bağırov yekun nitqində bildirib ki, ittiham qondarma və saxtadır:

«İttiham aktında yazılıb ki, müdafiə etdiyim şəxs - Elnur Məcidli cinayət əməlləri törədib. Amma başa düşülmür ki, hansı əməllərdən söhbət gedir. İstintaqdan tutmuş məhkəməyədək Elnur Məcidli özü də dəfələrlə ittihamın mahiyyəti ilə bağlı yazılı suallarla müraciət edib. Amma cavab verən olmayıb. Biz nədən müdafiə olunduğumuzu düzü başa düşə bilmirik».

Müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.