Asim Mollazadə ABŞ-a getdi

asim-mollazade-abs-a-getdi
Oxunma sayı: 695

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, millət vəkili səfər çərçivəsində Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərə qatılacaq. Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında müstəqilliyimizin 20 illiyi ilə bağlı qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulur. A. Mollazadə eyni zamanda San Dieqo şəhərində «Bakının Nəsimi rayonu və Svitzer Haylend qonşuluq tərəfdaşlığı» layihəsinə həsr olunmuş mərasimə də qatılacaq.

Millət vəkilinin ABŞ-ın bir sıra nüfuzlu universitetlərində, araşdırma mərkəzlərində, qanunverici və icra hakimiyyəti orqanlarında görüşləri nəzərdə tutulub.