Asim Mollazadə beynəlxalq forumda

asim-mollazade-beynelxalq-forumda
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, bu dəfəki Forum «Avropa dilemması: tərəfdaşlıq, yoxsa rəqabət» mövzusuna həsr olunub. Forumda Avropa və Avropa Birliyinin gələcək birgə siyasətinə, bu siyasətin koordinasiya mexanizmlərinə dair intellektual diskussiyalar keçiriləcək. Burada həmçinin 2014-2020-ci illərdə Avropa Birliyinin iqtisadi perspektivlərinə, Avropanın dünyadakı mövqeyi və daxili inkişafına dair müzakirələr aparılacaq. Asim Mollazadə Avropanın həyatında Azərbaycanın rolu və Avropa Birliyinin Şərq tərəfdaşlığının regional əməkdaşlığa verəcəyi töhfələrlə bağlı çıxış edəcək.

Forumda Polşanın prezidenti, baş naziri, Avropa Parlamentinin sədri, Avropa Birliyi və keçmiş SSRİ məkanı ölkələrindən, həmçinin ABŞ-dan dövlət məmurları, görkəmli siyasətçilər, işgüzar liderlər, bankirlər və ekspertlər iştirak edəcək.

Asim Mollazadə həmçinin XXI İqtisadi Forumu müşayiət edən Gənc Liderlərin 6-cı İqtisadi Forumuna da dəvət edilib. Millət vəkili burada «Liderlər Avropanın 21-ci əsrdə ehtiyac duyduqlarınımı edir?» mövzusunda aparılacaq açıq müzakirələrdə iştirak edəcək. Millət vəkili Avropa gənclərinin hədəfləri, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikirlərini açıqlayacaq. O, avropalı gənclərə Azərbaycan gəncləri barədə ətraflı məlumat verəcək, Avropa Birliyi, Şərqi Avropa və Qafqazdan olan 350-dən artıq gənc liderdən ibarət auditoriyanı maraqlandıran sualları cavablandıracaq.