Asim Mollazadə Polşaya getdi

asim-mollazade-polsaya-getdi
Oxunma sayı: 777

Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, Səfər zamanı partiya sədri iki beynəlxalq konfransda iştirak edəcək. O, Avropanın enerji təhlükəsizliyinə həsr olunmuş konfransda mövzu ilə bağlı çıxış edəcək və müzakirələrə qatılacaq.

Millət vəkili həmçinin Şərq Araşdırmaları İnstitutu Fondunun təşkil etdiyi VI Avropa Rusiya Forumunda «Avropa Birliyi və Rusiya: ümumi dəyərlər» mövzusunda aparılacaq diskussiyalarda iştirak edəcək.

Forumun keçirilməsində məqsəd Avrasiya qitəsində əməkdaşlığın hazırkı vəziyyətinin və Avropa İttifaqı ilə Rusiyanın bu müstəvidə birgə yerinin müzakirə olunmasıdır.