Asim Mollazadədən jurnalistlərə mükafat - Fotolar

asim-mollazadeden-jurnalistlere-mukafat-fotolar
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir. «Sivil və demokratik cəmiyyətlərin formalaşmasında medianın müstəsna xidmətləri var. Azərbaycan jurnalistləri kifayət qədər çətin şərtlər altında çalışır və mediamızı inkişaf etdirirlər. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir » - deyə millət vəkili bildirib. Sonra o, müvafiq mükafatları qaliblərə təqdim edib.

Azəri-Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı Azərbaycanda çoxşaxəli elektron medianın inkişafındakı xidmətlərə görə, ann.az portalının baş redaktoru Zahir Əzəmət Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğindəki xidmətlərə görə, “Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu Azərbaycanın siyasi həyatının mediada peşəkarcasına işıqlandırılmasına və siyasi şərhlərinə görə, aze.az Azərbaycanla bağlı məlumatların xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılmasındakı xidmətlərə görə mükafatlandırılıb.

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.

Xatırladaq ki, bu mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.