“Başımız sağ olsun”

basimiz-sag-olsun
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində məlumat verib: “Bir az əvvəl çox üzücü və kədərli bir xəbər aldım. Kərkükdən dostlar zəng edərək bildirdilər ki, İraqın Duzxurmatı bölgəsində həyata keçirilən intihar saldırısı zaman dəyərli ədəbiyyatçımız, qardaşımız Mehmet Mehdi Bayat həyatını itirib, şəhid olub. Mehmet Mehdi Bayat və onunla birlikdə Duzxurmatıda həyata keçirilən intihar saldırısında şəhid olan qardaşlarımızın ailələrinə, yaxınlarına dərin hüzünlə baş sağlığı verir, onlarla bərabər üzülür, acı və kədərlərini paylaşırıq. Böyük Allahımızdan Mehmet Mehdi Bayat da daxil olmaqla bütün qadaşlarımıza rəhmət, yaxınlarına səbr arzulayırıq. Mehmet Mehdi Bayatı tanıyan bir insane olaraq deyə bilərəm ki, o usta şair ve yazar olmaqla bərabər millətini dərindən sevən, onun üçün çalışan bir aydın idi. O, İraq Türkləri və bütün Türk Dünyasında tanınmış bir qələm sahibi idi. Məkanı cənnət olsun! İraqdakı bütün bacı-qardaşlarımıza başımız sağ olsun deyirik”.

İlqar Mahmudov