Başına ağac düşdü, öldü - Güclü külək faciəsi

basina-agac-dusdu-oldu
Oxunma sayı: 765

Güclü külək Zərdab rayonunda  ölümə səbəb olub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu gün axşam  saatlarında leysan yağışla müşahidə olunan  külək nəticəsində rayonun Gödəkqobu kəndində qırılan iri gövdəli ağac 1985-ci il təvəllüdlü Qənimət İsa oğlu Davudovun başına düşüb və o, hadisə yerində ölüb.
 
Bundan başqa, güclü külək nəticəsində  Heydər Əliyev prospektində işıq və rabitə dirəkləri aşıb, Zərdabi küçəsində ağacların  yaşayış sahələrinə və  tikilinin üstünə aşması nəticəsində sahibkarlara ciddi  ziyan dəyib. Yağışla müşahidə olunan külək nəticəsində taxıl zəmilərində yetişmiş məhsul yararsız hala düşüb. Barama təsərrüfatlarına da ciddi ziyan dəyib.
 
Təbii fəlakət nəticəsində dəyən ziyanın miqdarı dəqiqləşdirilir.