Başına kötük düşdü, öldü

basina-kotuk-dusdu-oldu
Oxunma sayı: 1996

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə rayonun Əlinağılar kəndi ərazisində olan meşə massivində qeydə alınıb.

Ərazidə odun doğrayan kənd sakinləri yola düşən ağac kötüklərin mal heyvana dəyməməsi üçün həmkəndliləri olan, 1971-ci il təvəllüdlü Elman Tağıyevi yolda saxlayıblar. Hündürlükdən yola yuvarlanan kötük E. Tağıyevin üstündən keçib. Ağır xəsarə alan iki uşaq atası olan 48 yaşlı kişi hadisə yerində ölüb.  

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Elmar Əli