Başından küt alətlə vurub pulunu apardı

basindan-kut-aletle-vurub-pulunu-apardi
Oxunma sayı: 857

Bakıda qadına qarşı quldurluq edən keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini  E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Araşdırma aparılır.