Basketbolçu voleybolçunu zorladı

basketbolcu-voleybolcunu-zorladi
Oxunma sayı: 636

“Qafqazinfo” xəbər verir ki, amerikalı idmançıların Türkiyənin paytaxtı Ankaradakı əyləncəsi polisdə başa çatıb. "Erdemirspor"un basketbolçusu Gerrod Devayn Henderson Ankarada tanış olduğu voleybol komandasının üvzü Meaqan Virginia Ganzerə təcavüz edib. Henderson saxlanılsa da, sonradan buraxılıb. Zorlanma amerikalı idmançıların Ankaradakı əyləncəsi zamanı baş verib. Belə ki, Türkiyənin müxtəlif şəhərlərində olan amerikalı idmançılar əylənmək üçün Ankaraya toplaşıblar. Henderson və voleybolçu Ganzer də onların arasında olub. Barda əylənən amerikalı idmançılar gecə saatlarında məclisi birlikdə tərk ediblər. Basketbolçu həmkarını taksi ilə evə ötürəcəyini deyib. Səhəri gün isə qadın həmyerlisi tərəfindən zorlanmaya məruz qaldığını iddia edərək, polisə müraciət edib. Qadının iddiasından sonra Henderson saxlanılıb və o iddiaları qəbul etməyib.