“Başla Görək”də bu dəfə cütlüklər olacaq

basla-gorekde-bu-defe-cutlukler-olacaq
Oxunma sayı: 899

“Qafqazinfo”nun məlumatına görə, hazırda həftə içi hər gün efirdə olan proqramın əsas məqsədlərindən biri iştirakçıları əyləncəli və maraqlı oyunlarla əyləndirmək və qazananlara hədiyyə təqdim etməkdir. 100 proqramı geridə qoyan kollektiv ilk gündən indiyə kimi tamaşaçı rəğbətini qazanmağı bacarıb. Proqrammı sabahkı buraxılışı isə özəl olacaq. Yubiley buraxılışla tamaşaçı qarşısına çıxan «Başla görək» elə bu səbəbdən maraqlı izləyicilərinə həycanı anlar vəd edir. 100-cü proqramda ailələri yarışdıran «Başla Görək» qalib ailəyə 1000 manat dəyərində 11 ədəd məişət əşyası hədiyyə edib. Proqramda daha çox gənclərin iştirakı düşünülsədə, hər yaş qrupundan və müxtəlif peşə sahiblərinin qurduğu komandalar bu yarışmada iştirak edə bilər. İştirakçılarına və tamaşaçısına bol-bol hədiyyə qazandıran «Başla görək» proqramı gələn mövsümdə də maraqlı oyunları ilə iştirakçılarını gözləyir. Proqramın yaradıcı heyəti mətbuat vasitəsilə üzünü tamaşaçılara tutuaraq « Əyləncə! Həyəcan! Diqqət! Risq! Adrenalin! sevənlər bütün bu hissləri Başla Görəkdə yaşaya bilərlər» deyərək, əsl şou təqdim edəcəklərinə əmindirlər. Veriliş aparıcısı Azər Axşam, prodüseri Rahib İsmayılovdan yubilye verilişin qonaqlarının, qaliblərin kimliy barədə məlumat öyrənməyə cəhd etsək də sirri vermədilər ki, vermədilər. Məsləhət gördülər ki, «Başla görək»in yubilye buraxılışı izləməyi qaçırmasınlar. Nə deyirik, baxaq, görək «Başla görək» 100-cü buraxılışında tamaşaçılara hansı maraqlı anları təqdim edəcək?