Aslan İsmayılov Ziyalılar Forumundan çıxdı

aslan-ismayilov-ziyalilar-forumundan-cixdi
Oxunma sayı: 681

“Ziyalılar Forumu ilə razılaşmadığım məqamlar olduğundan oranı tərk etmişəm”, - vəkil Aslan İsmayılov Trend-ə Ziyalılar Forumunu tərk etməsinə münasibət bildirərkən deyib.

“Forumun cəmiyyətdəki rolunu müsbət dəyərləndirdiyimdən, onun ətrafında söz-söhbət olmasını istəmirəm. İşlər gördüyümdən, bu barədə danışıb hər hansı söz-söhbət yaratmaq istəmirəm. Qısaca demək istəyirəm ki, bəzi razılaşmadığım məqamlar olduğundan forumu tərk etmişəm”, - o bildirib.

Vəkilin sözlərinə görə, Ziyalılar Forumunun onun gördüyü işə nə müsbət, nə mənfi təsiri olub.

“Heç kəs məni sabah qeyri-səmimilikdə ittiham edə bilməz. Mən necə ki, aktiv vətəndaş mövqeyində olmuşdum, bundan sonra da aktiv vətəndaş mövqeyində olacam. Öz işimi aparmaq fikrim var - sadəcə olaraq forumdan kənarda. Necə ki, 23 il heç bir təşkilatda olmamışdım, yenə də təkbaşına fəaliyyətimi davam etdirəcəm”, - İsmayılov bildirib.