Aslan İsmayılovla bağlı qərar verildi

aslan-ismayilovla-bagli-qerar-verildi
Oxunma sayı: 639

Bu gün vəkil Aslan İsmayılovla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. A. İsmayılovun “Qafqazinfo”ya verdiyi məlumata görə, iclasda gözlədiyindən fərqli bir münasibətlə qarşılaşıb. O deyib ki, iclasda RH-nin üzvləri onu diqqətlə dinləyiblər. Kollegiyanın sədri ilə A. İsmayılov arasında vəkildən edilmiş şikayətlə bağlı polemika olub.

Müzakirələrdən sonra Rəyasət Heyəti A. İsmayılovdan edilmiş şikayətin araşdırılması üçün yenidən İntizam Komissiyasına göndərilməsi barədə qərar qəbul edib: “Bu mənim üçün gözlənilməz bir qərar idi. Çünki mən İntizam komissiyasında kifayət qədər fərqli bir münasibət görmüşdüm. Onlardan fərqli olaraq Rəyasət Heyətində loyallıqla qarşılaşdım”.

A. İsmayılov bildirib ki, hələlik yekun bir qərar olmadığı üçün o vəkillik fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Vəkillər Kollegiyasına müraciət etmiş vətəndaş A. İsmayılovun onu ofisindən qovduğunu, dinləmədiyini bildirib. Vəkillər Kollegiyası isə A. İsmayılovu vəkil etikasını pozmaqda günahlandırır.