Asma körpü uçdu, 11 nəfər öldü

asma-korpu-ucdu-11-nefer-oldu
Oxunma sayı: 651

720 metr uzunluğunda olan avtomobil körpüsünün uçması nəticəsində 11 nəfər ölüb, 39 nəfər xəsarət alıb. Daha 33 nəfər isə itkin düşüb. Onların suya düşmüş avtobus və avtomobillərdən çıxa bilmədiyi ehtimal edilir. Belə ki, insident baş verərkən onun üzərində avtomobillər, eləcə də sərnişin dolu avtobus olub. Körpünün uşmasının səbəbi müəyyənləşdirilir. İlkin ehtimallara görə, faciə körpünü saxlayan zəncirlərin qırılması səbəbindən baş verə bilər.

Asma körpü, ABŞ-ın San Fransisko şəhərindəki məşhur "Qızıl Körpü"yə oxşadığına görə, "İndoneziyanın Qızıl Körpüsü" adlandırılır.

ANS PRESS