AŞPA-nın yeni sədri bəlli oldu

aspa-nin-yeni-sedri-belli-oldu
Oxunma sayı: 703


Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır.

“Qafqazinfo”nun AzərTAc-a istinadən xəbərinə görə, onu Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA sədri olacaq.
Mövlud Çavuşoğlu AŞPA sədri vəzifəsinə 2010-cu il yanvarın 25-də seçilib. O, 1968-ci il fevralın 5-də Alanyada anadan olub. Ankara Universitetini bitirib. ABŞ-da magistr, Böyük Britaniyada doktorluq dərəcəsi alıb. Hakim Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür.