“Başqaları desə, boğaram...” - - Röya

basqalari-dese-bogaram-
Oxunma sayı: 3786


“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Onlar” verilişinə açıqlamasında onu çirkin adlandıranlara ismarıc göndərib: “9-cu sinifdə oxuyanda Vaqif Gərəyzadənin qrupunda artıq ifa edirdim. Attestatımı almağa gedəndə artıq dikdabanda getmişdim, hamı mənimlə şəkil çəkdirirdi. Qrupda ən eybəcəri və populyarı mən idim. 1999-cu ildə “AzTV”də ifa edirdim, yadımdadır mənə çəhrayi paltar geyindirmişdilər, qaraçıya oxşayırdım. Özümə eybəcərəm deyəndə zarafat edirəm, başqaları desə, boğaram. “İnstagram” səhifəmdə də yazmışdım ki, mənə “Gözəl deyil” yazmayın, fotomodel deyiləm. Allah hər bir insanı bir cür fərqləndirir. Məni gözəl yaratmayıb, amma gözəl aura verib. Mənə deyirlər ki, çox havalısan”. 

Sənətçi Nadir Qafarzadənin “Röyanı təqlid etməyin” sözlərinə də zarafatyana münasibət bildirib: “Mən sevinirəm ki, mənim kimi oxuyanlar çoxdur. Biz də ələndik, onlar da ələnəcək. Səni tikə-tikə olasan Nadir? İmkan vermirsən çoxalım. Məni də kimlərəsə oxşadırdılar, lakin bu bir il davam etdi. Kim güclüdürsə, səhnədə o qalacaq. O insanın səsi olmaya da bilər. Mənə ulduz deməyin, öləndən sonra deyərsiniz”.