Başqanlığa namizədlər nə zaman irəli sürüləcək?

basqanliga-namizedler-ne-zaman-ireli-surulecek-
Oxunma sayı: 646

Bu sözləri Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Qafqazinfo”ya açıqlamasında deyib: “Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hələ ki başqanlığa namizədliyin irəli sürülməsi kampaniyasına start verməyib”. O, Təşkilat Komitəsinin namizədlərin irəli sürülməsi üçün müddət müəyyən etmədiyini vurğulayıb.

G. Aslanlı qurultayın seçkilərə kimi təxirə salınması təklifinə də münasibət bildirib: “Bunlar təklif olaraq qalacaq. Artıq qurultayın keçiriləcəyi tarixi müəyyənləşdirilib və qurultayın Respublika Əl Oyunları Sarayında keçirilməsinə icazə verilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilib. Ümid edirik ki, qısa müddətdə bizə cavab veriləcək”.

Sədan