“Başqasının əriylə gəzmirəm ki,..” - Nura

basqasinin-eriyle-gezmirem-ki
Oxunma sayı: 4522

Müğənni Nura Suri ailə qurmaq istəyir.  “Qafqazinfo” xəbər verir ki, ifaçı bu barədə “Xəzər maqazin”ə açıqlamasında bildirib:

“Oturub düşünürəm ki, şou proqramlarda, toyda oxumaqdansa, ayağımı ayağımın üstə qoyub evimdə oturardım. Ərim də pul qazanardı. Evlilik təklifləri olur, amma ürəyimcə deyil. İmkanlı şəxslə ailə qurmaq istəyirəm ki, mənim işləməyimə ehtiyac qalmasın. Burda pis bir şey var?! Başqasının əriylə gəzmirəm ki,.. Evləndikdən sonra şou-biznesdən də uzaqlaşmağı arzulayıram”.