Başsağlığı verdi, gözlənilməz cavab aldı

bassagligi-verdi-gozlenilmez-cavab-aldi
Oxunma sayı: 2297

İllərdir ki, aralarında soyuq müharibə baş verən Hollivudun iki məşhur ulduzu- Kim Kettroll və Sara Cessika Parker arasında qalmaqal baş verib. 

"Qafqazinfo" xəbər verir ki, “Sex and the City” serialında rol alan cütlük arasında açıq savaş Kimin qardaşının ölümündən sonra baş verib.  Belə ki, Sarah həmkarına 44 yaşlı qardaşını itirdiyinə görə başsağlığı diləyib. Amma Kettrollun 52 yaşlı aktrisaya cavabı sərt olub:

“Bu ikiüzlü Sarah Cessika Parker məni nə vaxt rahat buraxacaq? Əlaqə qurmaq istəyin, sənin necə qəddar biri olduğunu mənə xatırladır.Bunun səbəbini açıqlayım. Sən mənim dostum və ailə üzvüm deyilsən. Sənə sonuncu dəfə cavab verirəm. “Yaxşı qız” obrazını qorumaq üçün məndən az istifadə et”.