Ata 6 yaşlı qızını öldürdü – İmişlidə

ata-6-yasli-qizini-oldurdu-imislide
Oxunma sayı: 682

Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ata bu il orta məktəbə hazırlaşan övladını öldürüb. Dəhşətli cinayət bu gün saat 17:00 radələrində İmişlinin Şahverdili kəndində törədilib. Kənd sakini, 30 yaşlı Xalid Xudiyev sərxoş vəziyyətdə evə gələrək 27 yaşlı həyat yoldaşı
Elza ilə mübahisə edib. Döşəmə silən ağacla arvadını əzişdirib. Anasının fəryadına dözməyən 6 yaşlı Nurcan Xudiyeva atasını sakitləşdirmək istəyərkən ağac onun başına
dəyib. Hüşunu itirən azyaşlı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Xudiyeva bu il sentyabrda orta məktəbin birinci sinifinə gedəcəkmiş.

Faktla bağlı cinayət işi başlanıb.