Ata nişanlı qızını niyə bıçaqladı? - Səbəb

ata-nisanli-qizini-niye-bicaqladi-sebeb
Oxunma sayı: 647

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonunun Qonağkənd qəsəbəsi, Yeni Talabıqışlaq kəndində baş verib. Kənd sakini Elxan Balayev qızı 17 yaşlı Günəş Balayevanı ürək nahiyəsinə bıçaqla zərbə endirib.

Xəsarət alan şəxs ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib. Hadisənin baş vermə səbəbi hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

***

Məlumata görə, 17 yaşlı G.Balayeva bir neçə ay əvvəl nişanlansa da, oktyabrın əvvəlində nişanını qaytarıb. O Yeni Talabıqışlaq kəndindəki ata evini tərk edib və Qonaqkənd kəndinə, babası evinə yollanıb. Bundan əsəbləşən qızın atası onun geri qaytarmaq üçün Qonaqkəndə gəlib. Burada isə ata və 17 yaşlı qızı arasında münaqişə yaranıb.

Fakt üzrə Quba RPŞ-də araşdırmalar davam etdirilir./lent.az/