Ata, oğul və müqəddəs ruh naminə…

ata-ogul-ve-muqeddes-ruh-namine
Oxunma sayı: 1886

Amma insafən dünyanın rekordlar kitabına düşməkdən mima keçən bu bayramın keçirilməsi labüddür.

162 metr bayrağın göyə ucaldılması xalqı yaman sevindirmişdi, amma 2-3 dəfə cırılanda məyus olmuşduq ki, bizim atributumuz niyə belə külək tərəfdən təcavüzə məruz qalır. Bayraq bizim hesiyyatımızdır, baxmayaraq ki xalqın boğazından kəsib bu möhtəşəm bayrağı ucaldıb, onun gününü də təsis etdilər. Amma olsun təki bizim bayrağımız Azərbaycan səmasında qürurla dalğalansın. Biz dözümlü, dönümlü, səbirli xalqıq.

Əsgər ölümlərinə, bayrağın tərsinə asılmasına, 18 il atəşkəs rejiminin altında sakit-səssiz əl-ələ verib yaşaya bilən xalqıq. Yaşayaq, yaradaq, ev tikək, “ Ağ şəhər layhəsi ” naminə adamların evlərini başına uçuraq , Bakımızı ,paytaxtımızı gözəlləşdirək. Ata oğul və müqəddəs ruh naminə.

Dirçələk, qurtulaq, çiçəklənək hər nə varsa bizə aid ona bayram edək, bizə aid olmayanları da unutduraq, bizə nə?

Azadlıq haqqında bütün deyimləri, sözləri bir kənara qoyaq. Bu sözü Azərbaycan lüğətindən çıxaraq ki balacalar belə bir sözün olmasından ümumiyyətlə xəbər tutmasın, böyüklər onsuz da heç nəyə yaramır.

Bizim əlimizdən bayraq şəkillərini Facebook səhifələrimizə yerləşdirib, yarısı sosial şəbəkədə olan millətin “Bayraq bayram”ını təbrik etməkdir. Yarısını da TV kanallar təbrik edəcək , bu böyük günün iltifatlarından danışacaq. Parçalanmış, paralanmış milləti yarıya bölmək üçün ürəyim getdiyimdən “yarı ” sözünü tez-tez təkrarlamıram. Reallığa diqqəti meylləndirmək üçün bu səbəbi önə çəkirəm.

Ağı qara, qaranı ağ yuyub sərən telekanallar xalqın yeganə ümid mənbəyi olsa da bir şeyə yaramır, barı heç olmasa bu işdə canla-başla məşğul olub, bizi diksindirsinlər.

“A” hərfi ilə başlayan sözlərin bizə verəcəyi töhfələrindən danışıb bizi feyzyab etsinlər. İndi elə bu TV-lərin etdiyi təbliğatdandır ki, camaat əməlli-başlı aktivləşib. Hətta ucqar rayonların birində yaşayan uzaq qohumum belə bu gün münasibəti ilə sms göndərib bayramımı təbrik edir. Ölmədik bu günü də gördük , kim tərəfindən bu bayrağın təsis olmasından xəbəri belə olmayan əyalət sakini 9 Noyabr “bayraq günü ”olmasından xəbəri var hətta bu önəmli hadisənin sevincini bölüşməyini də açıq-aydın anlayır.

Bu cür hərəkətlər adamı sevindirməyə bilmir, əlbəttə ki, bu hər önəmli hadisəyə qarşı bu reaksiya varsa. Kimsə yatmayıbsa, kimsə oyaqdırsa, onun bayramı mübarək!!!