Ateist qadin ilə baş-başa

<b>Ateist qadin ilə baş-başa</b>
Oxunma sayı: 484

Mən təsadüflərə inanmıram. Təsadüfən heç bir şey baş vermir. Baş verən bütün
Həyat hadisələrinin arxasında bir hikmət olduğu fikrindəyəm. Əgər deyilsə ki, filankəs təsadüfən öldü, ən inancsız insan belə bu “tǝsadüf ölümü” qəbul etməyəcək və ölümün
səbəblərini axtaracaq. Bu baxımdan, “Qafqazinfo” portalında Darvinin 1859-cu ildə çap etdirdiyi “Canlıların Mənşəyi” (The Origin of the Species) əsərində iddia etdiyi kimi
insanın “meymun mənşəli” olduğu fikrini mənimsəyən, “Emin” təxəllüsü adı altında şərh yazan bir oxucunun yazdıqları ilə həyatımda baş verən başqa bir hadisənin eyni gündə cərəyan etdiyini təsadüf saymadığımdan bu mövzunu sizlərlə bölüşmək qərarına gəldim.

Bir neçə ildən bəri tanıdığım, əslən Bosnia və Hersoqoviniyadan olan bir sərb qadın e-mail vasitəsi ilə ayaqüstü görüşmək istədiyini söylədi. Adı gedən bu qadın 90-cı illərdə öz milləti olan serblərin Bosnia müsəlmanlarına qarşı törətdiyi vəhşətin canlı şahidlərindəndir. Həmin qadın əvvəllər xristian olmuş, lakin bacısının gənc yaşlarında xərçəng xəstəliyindən vəfat etdiyi üçün “Bu haqqsızlıqdır” deyərək ateistə çevrilmişdir. Amma bu qadının qəribəliyi ondandır ki, Darvinin “kamil heyvan” məhfumunu qəbul etməməklə yanaşı, ilahi dəyərləri bütünlüklə təsdiq edərək insanın maddipərəst olmamasının yeganə yolunun dünyanın fani olduğuna inandığı təqdirdə baş verdiyini söyləməsidir.

İslamda qadının bədəninin hansı hissələrini örtməsi ilə bağlı verdiyi sualdan sonra
Müsəlmanların qohumluq dərəcələrinə görə kimlərlə evlənib-evlənməməsinə aid sual verdi və xüsusi ilə vurğuladı ki, cavabım İslam peyğəmbəri olan Hz.Muhammed (s.a.s.) ailə həyatından olsun.

Sual verərkən cavabını əvvəlcədən bildiyini təxmin edirdim. Çünki, 2 il bundan qabaq “İslama edilən 101 hücum” adlı kitab yazmaq istəyərkən dinimizə edilən hücumların ən çox hansı mövzuda olduğunu öyrənmək üçün bir müddət araşdırma aparmışdım. Düzü, kitabı hansı dildə yazacağımı fikirləşənə qədər tənbəllik mənə qalib gəldi. Lakin apardığım təhlillər nəticəsində müəyyən etdim ki, 10 ən çox edilən hücumlardan biri Hz. Muhammed (s.a.s.)-in ailə həyati ilə bağlıdır. Bu baxımdan ateist bir qadının ateizmin istifadə etdiyi bu klassik sualın cavabını bilməməsi inandırıcı gəlmədi.

Ateizm üzərində qurulan Qərbin ailə mədəniyyətini əzbər bildiyim üçün Hz. Muhammed
(s.a.s.)-ın ailə həyatının 10 ən çox müzakirə edilən mövzular içində olduğuna təəccüb
qalmışhdım. Təkcə 1996-cı ildə Amerika Birləşmiş Ştatlarında qızların öz ataları
tərəfindən bakirəliklərinin itirilməməsinin qarşısını almaq üçün hazırlanan dövlət
proqramına Konqress 500 milyon dollar vəsait ayırmışdır. Almaniyada isə Susan Karolevski öz doğma qardaşı Patrik Stuebingdən dünyaya gətirdiyi 4 uşağın hüquqi statusunu müəyyənləşdirmək üçün Almaniya Federasiyasının Ali Məhkəməsinə dəfələrlə müraciət olunmuşdur.

Riçard B. Felson 2002-ci ildǝ Vaşinqtonda nəşr etdirdiyi "Azğınlıq və Cinsilik Yenidən baxılmış" (Richard B.Felson, Violence and Gender Reexamined) kitabında (səh.31) yazır: "Əgər qadın zorlamaları kişilərin cinsi təcrid olunmalarındandırsa, qanuniləşdirilmiş fahişəlik zorlama hadisələrinin sayını azalda bilər, çünki bu, cinsi əlaqəyə girmək istəyən
kişilər üçün digər çıxış yoludur". Felson daha sonra qeyd edir ki, qadın zorlmalarının əsas səbəbi bizim mədəniyyətimiz və hüquq sistemimizdir.

Qərbdə olan bütün bu “cinsi azadlıq”-ların kökü isə XIX əsrə gedib çıxır. 1958-ci ildə Nyu- Yorkda Nora Barlou (Barlow) tərəfindən "Carles Davinin avtobioqrafiyası, 1809-1882" (The Autobıography of Charles Darwin 1809-1882) kitabında (səh.232-233) göstərmişdir ki, Darvin qadınların nigahda olan rolunu izah edərkən o, qadınları "ardıcıl təfərdaş", "köhnə dost" adlandırmış və qadınların kişilər tərəfindən sevilməyə və sığallanmağa maraqlı olan bir material olaraq göstərmiş və sonda onların evi qorumaqda köpəklərdən daha yaxşı olduqlarını iddia etmişdir.

Digər ateist filosof Engels, Darvin kimi qadınları köpəklərlə müqayisə etməsə də, qadının ailədə deyil, “ictimai yerlərdə” olmasını istəyirdi. O, "Ailənin Kökü" (1844) (Origin of the Family) əsərində yazir: "Aydın olacaqdır ki, qadınların azadlığı üçün ilk şərt onların yenidən bütün ictimai fəaliyyətə təqdim etməkdir və bunun mənası sosial-iqtisadi birlik şəkilində ayrılmış ailənin dağıdılması deməkdir".

Darvinin, Eglesin və digər ateist filosofların istədikləri oldu. İndi Konqresin ayırdığı milyonların, Felsonun mədəniyyəti dəyişmək üçün etdiyi səylərin və başqa tədbirlərin
arxadan atılan daşa bənzədiyi göz qabağındadır. Və ən naqis olan odur ki, vətənim Azərbaycanda İslama dil uzadanlar ya bu halları görməyəcək qədər kordurlar, ya da öz övladları qarışıq gələcək nəsilləri bilərək bu sağalmaz yararın qucağına atırlar.

İndi isə ateistlərin ən çox müzakirə etdikləri Hz. Muhamməd (s.a.s.)-ın ailə həyatına baxaq. Vətənimdə olan inancsız adamlar Qərbdə ataların öz qızlarının bakirəliyin aldıqlarını, ildırım surəti ilə artan eşcinsliyi, varlı qərblilərin kasıb ölkələrdə az yaşlı uşaqlar ilə cinsi əlaqəyə girdiklərini və bu da azmış kimi həmin ölkələrdə uşaq pornosu çəkdiklərini həzm edərkən, Hz. Muhamməd (s.a.s.)-ın Hz. Aişə (r.a.) və Hz. Zeynəb (r.a.) ilə ailə həyatini öz səviyyələri çərçivəsində ictimai “müzakirə”yə çıxarırlar .

“Cinsi azadlıq” uğrunda canından, qanından və malından keçən bu adamlar iddia edirlər ki, Hz.Muhamməd (s.a.s.) “ övladlığa” götürdüyü Hz. Zeyd bin Harisənin (r.a.) kecmiş həyat yoldaşı Hz. Zeynəb (r.a.) ilə evlənməməli idi…

İslam qanunlarında övladlığa götürmək deyilən bir şey yoxdur. Bir daha təkrarlayıram,
İslam dini kimsəni övladlığa götürmək haqqını tanımadı. Dinimizdə müəyyən çərçivədə
qəyyumluq vardır. Çox təəssüf ki, ateistler qəyyumluq ilə övladlığı eyni sayaraq çaşqınlıq əmələ gətirməyə müvəffəq olmuşdurlar. Qəyyumluğa götürülən uşaq öz atasının adı ilə çagrılmalıdır, oğlan uşağıdırsa yetkinlik yaşına çatdıqda qəyyum olan ailədə qız və qadınla tək başına otaqda qala bilməz və s.

Hz. Muhamməd (s.a.s.) Hz. Zeydi (r.a.) İslamdan çox öncə köləlikdən azad etmiş və
övladlığa götürmüşdür. Buxari hədis kitabında Abdullah bin Ömər (r.a.)-a istinadən yazır: “ Zeyd bin Hariseni (r.a.) Ahzab surəsinin 5-ci ayəsinde buyrulan: “Oğulluqları atalarının adı ilə çağırın…” əmri gəlincəyə qədər Zeyd bin Muhamməd olaraq çagrılırdı.” Buxarinin Abdullah bin Ömər (r.a.) istinadən nəql etdiyi bu hǝdis Muslim (4: 1884), Tirmidi (9: 72) və An-Nasainin (6:429) əsərlərində də göstərilir.

Ahzab surəsinin 5-ci ayəsindən bir əvvəlki ayəsində, yəni, 4-cü ayədə isə: “Allah bir adamın işindən iki qəlb yatarmadığı kimi, ananız adlandırdığınız həyat yoldaşlarınızı da sizə ana olaraq tanımadı və oğulluqlarınızı da sizə oğul etməyibdir…”

“Cinsi azadlıq” uğrunda canından, qanından və malından keçən bu adamların iddia etdikləri kimi Hz. Muhamməd (s.a.s.) öz “övladlığının” boşandığı qadınla evlənmədiyi
göz qarşısındadır. Bu ayələr nazil olarkən Hz. Zeyd (r.a.) ilə Hz. Zeynəb (r.a.) heç evlənməmişdilər bele. Başqa bir hədisi də qısaca olaraq xatırlatmaq istərdim.

Hicrətin 6-cı ilində Umrah ziyarətindən dönən Hz. Muhamməd (s.a.s.) Məkkədən çıxarkən Hz. Hamza (r.a)-nın qızı “Əmi, əmi!” deyərək onun arxasına düşmüşdü. Hz.
Muhamməd (s.a.s.)-ın yanında olan Hz. Ali(r.a.), Hz. Zeyd (r.a.) və Hz. Cəfər bin Abu Talib (r.a.) həmin qıza qəyyumluq etmək istədiklərini bildirdilər. Onların bu mübahisəsini görən Hz. Muhamməd (s.a.s.) Hz. Ali (r.a)-na: “Sən məndənsən, Mən də səndən”, Hz. Cəfər (r.a.) -na: “ Sən mənə həm görünüş, həm də xasiyyət baxımdan oxşayırsan”, Hz Zeyd (r.a.)-na isə: “Sən bizim qardaşımızsan və bizim azad etdiyimiz köləsən”-buyurdu.

Hz. Zeyd (r.a.) Qurani-Kərimdə adı keçən yeganə səhabədir. Onun adı Ahzab surəsinin 37-ci ayəsində keçir və həmin ayə Hz. Zeynəb (r.a.) ilə ailə həyatından bəhs edir: “(Rəsulum! ) Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin insana: Həyat yoldaşını yanında tut və Allahdan qorx deyirdin…” Ayədə buyrulan Allahın nemət verdiyi və Rəsulullahın (s.a.s.) də yaxşılıq etdiyin insan Zeyd bin Harisə (r.a.)-dır. Onu Zeynəb (r.a.) ilə Rəsulullah (s.a.s.) evləndirdi. Təxminən bir il birgə həyat sürsələr də, Hz. Zeynəb zadəgan bir ailədən, Zeyd bin Harisə (r.a.)-nın isə azad edilmiş kölə olduğundan Zeynəb (r.a.) onunla yola getmədi. Zeyd (r.a.) bir ilə yaxın səbr etsə də, sonda Rəsulullah (s.a.s.)-ın yanına gəlib Zeynəb (r.a.) –dan boşanmaq istədiyini bildirdi. Ayənin “…Həyat yoldaşını yanında tut və Allahdan qorx…” qismi həmin hadisəni xatırladır.

Enes (r.a.)-dan nəql olunan bir hədisdə Zeynəb (r.a.)-nın iddǝ dövrü (4 ay 10 gün) bitdikdən sonra, Rəsulullah (r.a.) elə Zeyd bin Harisə (r.a.)-nı Zeynəb üçün elçi göndərdiyi söylənir bax).

Aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s)-ın bu izdivacını bütün təfsilatı
ilə yazmağa lüzum yoxdur. Tam əminliklə söyləyirəm ki, vətənimdə bu cür iftiraları atanlar həqiqəti bilirlər. Hətta dini qəbul etməyən Qərbdə vǝrǝsǝlik zamanı əmlak övladlığa götürülən uşaq ilə ailənin əsl övladı arasında bərabər bölünmür. Ahzab surəsinin 4-cü ayəsində buyrulduğu kimi : “…Oğulluqlarınızı da sizə oğul etməyibdir…”

Bütün bu yazilanlardan sonra Məşədi İbadın farmazon “Bönjür”-a dediyi o məşhur sözləri yadıma düşür… (tam mətn üçün Müslimin hədis kitabı 1428 nömrəli hədisə bax)



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi