“ATƏT-in növbəti fiaskosu” – Manşetlər

atet-in-novbeti-fiaskosu-mansetler
Oxunma sayı: 679

“Azadlıq” qəzetinin manşet xəbəri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəsmisi Rza Rzayevin bölgə haqqında yazdığı məqalədir. “Naxçıvan rəsmisi od püskürdü” başlıqlı yazıda Rza Rzayev bölgədə məmur-vətəndaş münasibətlərindən danışıb.

“Yeni Azərbaycan” qəzetinin manşetində prezidentin sərəncam imzalaması xəbəri yer alıb. “Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb” başlıqlı yazıda əməkhaqlarının artılm miqdarı göstərilib.

“Yeni Müsavat”ın manşetində “Ziya Məmmədovun oğlu ABŞ-da təşkilat qurdu” başlıqlı xəbər yer alıb. Xəbərdə təşkilat və onun görəcəyi işlərlə bağlı ətraflı məlumat verilib.

“Azərbaycan” qəzetinin manşet xəbəri yeni körpü və yol ötürücüləri ilə bağlıdır. “Yeni körpü və yol ötürücülərinin sayı artır” başlıqlı yazıda körpü və yol ötürücülərinin nəqliyyatın hərəkətinə təsirindən danışılır.

“Şərq” qəzetinin manşeti isə “ATƏT Minsk qrupunu fəal olmağa çağırdı” xəbəridir. Xəbərdə Vilnüsdə ATƏT xarici işlər nazirlərinin toplantısının başa çatması və burada qəbul olunan sənəd haqqında məlumat verilir.

“525-ci qəzetin manşet xəbəri xarici işlər naziri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vilnüsdə jurnalistlərə verdiyi açıqlamasıdır. “Elmar Məmmədyarov: “Rusiya üçtərəfli danışıqların davam etdirilməsi təklifini irəli sürdü”” başlıqlı xəbərdə nazirin məsələ ilə bağlı fikirləri yer alıb.

“Bizim Yol” qəzetində manşet xəbər vəkil İntiqam Əliyevin İstanbulda hava limanında saxlanması ilə bağlı xəbərdir. “İntiqam Əliyev Türkiyədə təxribatla üzləşdi” başlıqlı xəbərdə vəkilin hava limanında həbs olunduğu və beynəlxalq təşkilatların müdaxiləsindən sonra sərbəst dburaxıldığı da vureğulanır.

“Kaspi” qəzeti manşet xəbər olaraq Ramiz Mehdiyevin “Müstəqilliyin 20 ili: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya qoyulmuş məqsədlər” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı yer alıb. “Yeni inkişaf mərhələsinə qədəm qoyuruq” başlıqlı xəbərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər öz əksini tapıb.

“Ekspress” qəzetində manşet xəbər ATƏT xarici işlər nazirlərinin Vilnüs toplantısı ilə bağlıdır. “ATƏT-in növbəti fiaskosu” başlıqlı yazıda Monqolustanın ATƏT-in növbəti toplantısında bu quruma üzv ola biləcəyi qeyd olunur.

Hazırladı: Fatimə Kərimli