ATƏT Rafiq Tağının ölümü ilə bağlı bəyanat verdi

atet-rafiq-taginin-olumu-ile-bagli-beyanat-verdi
Oxunma sayı: 661

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic yazıçı-jurnalist Rafiq Tağının ölümündən dərin kədərləndiyini və cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə ümidlə yanaşdığını bildirib. Mijatoviçin yaydığı bəyanatda deyilir ki, jurnalist və yazıçıya edilmiş bu hücum, mətbuat, söz azadlığına hücumdur və bu cinayət demokratiya naminə hərtərəfli araşdırılmalıdır. Dunja Mijatoviç deyir ki, cinayətin motivi və cinayətkarların kimliyindən aslı olmayaraq bütün cavabdehlər məsuliyyətə cəlb olunmalıdır.

O, Azərbaycan hakimiyyətinin tez və hərtərəfli istintaq aparacağına ümidlə yanaşdığını bildirir, eyni zamanda 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmadığını yada salır.

azadliq.info