Batumidə gənc oğlan insanlara hücum etdi

batumide-genc-oglan-insanlara-hucum-etdi
Oxunma sayı: 2042

Gürcüstanın Batumi şəhərində gənc oğlan insanlara hücum edib.

“Qafqazinfo”  gürcü KİV-nə istinadən xəbər verir ki, 22 yaşlı gənc “Alvavitnaya başnya” adlanan yerdə insanlara bıçaqla hücum edib. Nəticədə 4 nəfər yaralanıb. Oğlan hadisə yerindəcə saxlanılıb. Onu 7 ildən 15 ilədək həbs gözləyir.

Aysel Kərimova