Batumidə türkiyəli iş adamının hotelində yanğın - 12 ölü, 10 yaralı+ Yenilənib

batumide-turkiyeli-is-adaminin-hotelinde-yangin
Oxunma sayı: 4732

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” adlı 5 ulduzlu hoteldə güclü yanğın olub.

“Qafqazinfo”nun “Apsny.ge” saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb, 100-dən çox insan təxliyə olunub.

Acarıstanın səhiyyə naziri Zaal Mikeladze ölüm faktını təsdiqləyib.

Onun sözlərinə görə, yaralananlar arasında Gürcüstanla birlikdə, Türkiyə vətəndaşları da var.

Yanğının baş vermə səbəbləri araşdırılır.

***

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib.

Qeyd olunur ki, hoteldə “Gürcüstan gözəli” müsabiqəsinin 20 iştirakçısı da qalırmış. 

“İmic mərkəzi” agentliyinin meneceri Matsatso Qulua iştirakçılardan heç kimin xəsarət almadığını, onların vəziyyətinin yaxşı olduğunu bildirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***

“Hurriyet” xəbər verir ki, hotel 2015-ci ilin iyulunda türkiyəli iş adamı tərəfindən açılıb.