BAU-da “Türkiyə Günləri Həftəsi”nin açılış mərasimi keçirilib

BAU-da “Türkiyə Günləri Həftəsi”nin açılış mərasimi keçirilib
Oxunma sayı: 447

Bu gün Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi”nin açılış mərasimi keçirilib. Tədbir Yunus Əmrə İnstitunun və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirib ki, indiyədək Yunus Əmrə İnstitutu ilə BAAU birlikdə çoxsaylı konfrans, simpozium və digər tədbirlər təşkil edib. Türkiyəli müəllimlərin BAAU-da dərs keçmələri təmin olunub. O, həmçinin vurğulayıb ki, bu gün öz işinə başlayan “Türkiyə Günləri Həftəsi” Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına və inkişafına hesablanıb. “Dili, mədəniyyəti, soy kökü, adət-ənənəsi, dini və s. bir olan xalqlarımızın uzun müddət ayrı düşməsi onların bir-birini unutmasına imkan verməyib. Biz, ziyalıların, elm adamlarının və gənc nəsl olan tələbələrin ümumi birliyə tövhə verəcəyinə böyük ümidlərlə yanaşırıq” – S.Qasımov bildirib.

Sonra Bakı Yunus Əmrə İnstitunun müdiri Cihan Özdəmir çıxıb edib. O, belə bir möhtəşəm tədbirin təşkilinə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Eyni zamanda, qeyd edib ki, “Türkiyə Günləri Həftəsi” Türkiyənin Azərbaycanlı elm adamlarına və tələbələrə tanıdılması baxımından faydalı olacaq. Bu məqsədə nail olmaq üçün ən müxtəlif tədbirlərin həftə boyu davam edəcəyini deyən C.Özdəmir Azərbaycanla Türkiyənin çıxsaylı ortaq dəyərlərindən danışıb.

Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. BAAU-nun tələbələrinin hazırladıqları türk rəqsləri, mahnılar və səsləndirdikləri şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bundan sonra iştirakçılara türk şirniyyatları  və incəsənət nümunələri ilə bağlı  sərgi təqdim olunub. Tədbir iştirakçıları türk şirniyyatlarının dadına baxıblar, xalq sənətkarlığının zəngin elementləri ilə tanış olublar.

Eyni zamanda Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəylinin məlumatına görə, “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcək. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, tamaşalar göstəriləcək.  Həftə çərçivəsində aprelin 19-da “Gəncliyin Baxış Bucağından Türkiyə” Respublika Simpoziumu keçiriləcək.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi