“Bavariya” azarkeşlərinə şad xəbər!

bavariya-azarkeslerine-sad-xeber
Oxunma sayı: 631

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hollandiyalı uzun danışıqlardan sonra yeni müqaviləyə imza atıb.

Bu müqaviləyə görə, 28 yaşlı futbolçu 2015-ci ilin yayınadək Münhendə qalacaq. Solaxay yarımmüdafiəçi “Bavariya”da xoşbəxt olduğunu bildirib: “Özümü Münhen və “Bavariya”nın bir hissəsi kimi hiss edirəm. Bu səbəbdən müqaviləmi yenilədiyim üçün xoşbəxtəm. “Bavariya” mənim ailəmdir. 3 övladımdan ikisi Münhendə doğulub və ailəm burada özünü çox yaxşı hiss edir. Biz möhtəşəm komandayıq və gələcək illərdə çoxlu uğura imza atacağıq”.

Qeyd edək ki, 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan Aryen Robben komandada 87 oyunda 53 qol vurub.

Ceyhun Əhmədov