“Bavariya” azarkeşlərini ələ saldı

bavariya-azarkeslerini-ele-saldi
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi xəbərə görə, komandanın super ulduzu transfer etdiyi bildirilib. Transferin təqdimat mərasiminin klubun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanacağı qeyd olunub. Səhifəyə daxil olanlar ilk olaraq “The New FCB Star” (“Bavariya”nın yeni ulduzu) adlı tətbiqetməni yerinə yetirməli olub. Bir neçə saat sonra isə klub rəhbərliyi yeni transferin olmadığını və bu addıma “Facebook” səhifəsindəki kampaniyanı reklam etmək məqsədi ilə yol verildiyini açıqlayıb. Əsəbiləşən klub azarkeşləri “Facebook”da komanda rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Ceyhun Əhmədov